18 C
Baku
Friday, September 20, 2024

Təqaüdçülər üçün ən sərfəli ölkələr

İnternational Living jurnalı təqaüdçülər üçün ən yaxşı ölkələrin reytinqini təşkil etdi. İlk beşliyə Ekvador, Panama, Malayziya, Meksika və Kosta-Rika daxildir. Burada 90 min dollara mənzil əldə etmək və bir aya cəmi 900 dollar xərcləyərək yaşamaq mümkündür. 

1. Ekvador

Bu Cənubi Amerika ölkəsi istirahət və əyləncə üçün böyük imkanlar təklif edir. Burada bir çox günəşli çimərliklər, dağ qəsəbələri və qədim kolonial şəhərciklər mövcuddur. International Living jurnalının icraçı redaktoru Cenifer Stivens bildirmişdir: “Bu ölkə yaşlı insanların ayağının altına qırmızı xalı sərir: belə ki, burada beynəlxalq uçuşlar üçün 50 faiz endirim və mədəni tədbirlər var. Bundan başqa, ekvadorlular gülərüz, qonaqpərvər və yaxşı xasiyyətlidirlər”.

Ekvador cənubi amerikalı təqaüdçülər arasında çox məşhurdur.

Ekvadorda kirayə də daxil olmaqla bir ay ərzində 1 600 dollara yaşamaq mümkündür. Burada daşınmaz əmlak ABŞ-da olduğundan 10 dəfə ucuzdur. Həkimə müraciət etdikdə isə birinci dəfə üçün 25 dollar ödənilir və sonrakı səfərlər pulsuzdur.

2. Panama

Panamada yaşamaq üçün bir ay üçün 1700 – 2500 dollar kifayət edir. Bu məbləğə yaşayış xərcləri, kino və restoran hesabları, xidmətçiyə ödənilən əmək haqqı da daxildir. Panamada istirahət həmçinin sağlamlığa da yaxşı təsir edir.

3. Malayziya

Ekzotik ölkə olan Malayziyada yaşayış üçün xərclər elə də baha da deyil. Bura gələn təqaüdçülərin sözlərinə görə, onların buradakı xərcləri öz ölkələrində olduğundan daha azdır.

Malayziya tibbi turizm üçün də məşhur yerdir. Xidmətlər ucuz, lakin keyfiyyətlidir. Məsələn, diş həkiminə bir ziyarət 22,5 dollar təşkil edir.

4. Meksika

Meksikada hər şey var: çimərliklər, gözəl kurortlar, kiçik günəşli şəhərciklər, dağ kəndləri.

Burada bir aylıq kiçik bir evi 800 dollara, hər hansı bir villa və yaxud dəniz mənzərəli evi 1 500 dollara kirayə götürmək olar. Mənzil almaq üçün isə 150 min dollar kifayət edir. Qiymətlər şəhərlərdən asılı olaraq dəyişir. Meksikada sağlamlığa qulluq da yaxşı hesab olunur.

5. Kosta-Rika

Kosta-Rika ucsuz-bucaqsız çimərliklər, dağ silsilələri, vulkanlar, şəlalələr və s. deməkdir. Əbəs yerə buranı dünyanın ən gözəl ölkəsi adlandırmırlar.

Lakin əcnəbi təqaüdçülər buranı yalnızca gözəl təbiətinə görə seçmirlər.

Bu ölkədə miqrasiya qanunları olduqca əlverişlidir. Bu ölkədə qalmaq icazəsi almaq üçün daşınmaz əmlaka 200 min dollardan az olmayaraq pul yatırmaq tələb olunur. Doqquz ildən sonra isə, vətəndaşlığa daxil olmaq barədə müraciət edə bilərlər. Bu ölkənin şəxsiyyət vəsiqəsi Avropa İttifaqı ölkələrinə, Latın Amerikasına, Yeni Zellandiyaya, CAR-a, Cənubi Koreyaya və Yaponiyaya vizasız səyahət etmək imkanı yaradır.

Kosta-Rikada evlər 140 min dollar qiymətinə satılır. Kirayə üçün isə 400 dollardan 1000 dollara qədər evlər tapmaq mümkündür. Kosta-Rikada tibbi xidmətlər də ucuzdur.

Son xəbərlər
Digər xəbərlər