15 C
Baku
Wednesday, April 24, 2024

Təqaüddə yaşamaq üçün ən yaxşı ölkələrin siyahısı açıqlanıb

Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya və İsrail ömrün təqaüd alan çağında yaşamaq üçün ən yaxşı ölkələrdir.

Araşdırma Böyük Britaniyanın “Our Life Plan” portalı tərəfindən aparılıb.

Reytinq tərtib edilərkən ölkələrin xoşbəxtlik reytinqi, yaşayış minimumu, orta aylıq əməkhaqqısı, orta illik temperatur və ildə günəş işığı saatının vaxtı kimi amillər əsas götürülüb.

Araşdırmanın nəticələrinə görə, BƏƏ təqaüdçülər üçün ən yaxşı ölkə seçilib.

Təqaüdçülər üçün ən yaxşı ölkələrin ilk beşliyinə Avstraliya, İsrail, Bəhreyn və Səudiyyə Ərəbistanı daxildir.

Avropa qitəsində isə təqaüd üçün ən münasib ölkə Kipr seçilib.

Onluğu İspaniya, Malta, Kolumbiya və Tailand tamamlayır.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər