Azərbaycanda bütün təqaüdçülər mart ayının təqaüdlərini Novruz bayramından əvvəl alacaqlar.
Bu haqqda cümə günü jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev xəbər vermişdi.
Azərbaycanda Novruz bayramı ilə əlaqədar 20 martdan etibarən 27 marta qədər qeyri -iş günləri elan olunubdur.
Elman Mehdiyevin sözlərinə görə, Dövlət Fondu cari ayın təqaüdlərinin maliyyələşdirməsini yekunlaşdırıb.
Mehdiyev qeyd edib ki, Dövlət Fondunun gəlirləri artdığı üçün onlar təqaüdlərinin maliyyələşdirməsini yekunlaşdıra bilmişdir.
2014-cü ildə fondun gəlirləri və xərcləri 2,928 milyard manat həcmində proqnozlaşdırılır. Bu göstərici isə 2013-ci ilin göstəricilərindən 11,2% çoxdur.
Fondun gəlirləri strukturunda 1,784 milyard manat və ya 60,8% icbari dövlət sığortasının payına düşür. Bu göstərici 2013-ci ilin göstəricilərindən 14,9% çoxdur.
Fondun xərcləri strukturunda 2,862 milyard manat əhaliyə müavinətlərin ödənilməsini, həmçinin 2,789 milyard manat əmək təqaüdlərinin ödənilməsini təşkil edəcək.