26 C
Baku
Saturday, July 6, 2024

Təqvimin müxtəlif olduğu ölkələr

Çin – dünyanın ən uzun ölkələrindən biridir: qərbdən şərqə doğru 5700 km.  1949-cu il inqilabına qədər ölkə 5 saat qurşağına bölünmüşdü. Lakin dahi kormçi bunu separatizm hesab edərək ölkədə vahid – Pekin vaxtını təyin etdi. Buna görə də, məsələn Tibetdə gün batımı 5 saat “gecikir”.

Əfqan-Çin sərhəddi – bu sərhəddi keçərkən saatı dərgal 3,5 saat irəli çəkmək lazımdır. Dünyada ikinci belə bir yer yoxdur ki, bir addım bu qədər vaxt aparsın.

Himalay – bu dağ silsiləsini əbəs yerə sirli məkan adlandırmırlar. Buraya səfər edən səyahətçi 1000 km dağ silsiləsini keçdikdə 5 dəfə saatını dəyişdirməlidir.

 Yaponiya – belə hesab edilir ki, gen ilk olaraq bu ölkədə qarşılanır. Buna görə də Yaponiya gündoğar ölkə adlandırılır. Lakin əbəs yerə. Lakin Qrinviç üzrə Vladivostok şəhərində gün Tokiodan bir saat tez başlayır.

Hindistan – Qrinviçlə 5 saat yarımlıq fərqə malik saat qurşağı seçib. Britaniyalılar deyirlər: “İngiltərədə olduqda, saatı tərsinə çevir və Hindistanda saatın neçə olduğunu biləcəksən”.

Nepal – kiçik, lakin qürurlu dövlət. Nepal artıq uzun əsrlərdir ki, onu üç tərəfdən əhatə edən Hindistandan ayrılmağa çalışır. Öz müstəqilliyini təsdiq etmək üçün Nepal saatlarını 10 dəqiqə irəli çəkir. Lakin bu da kifayət etmir və 1986-cı ildə təkəbbürlü Nepal monarxiyası Hindistandan bir az daha fərqlənmək üçün saatlarını əlavə olaraq 5 dəqiqə də irəli çəkdi.

Son xəbərlər
Digər xəbərlər