1 C
Baku
Saturday, December 14, 2024

“Tərkibdə ciddi dəyişiklik olacaq”

“Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti Konstitusiyaya tamamilə uyğundur”.

Bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov müxalif qüvvələrin mövcud müraciətlə bağlı səsləndirdiyi iradlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, müxalifətin yaddaşında bir az problem var: “Ona görə də nə dediklərini bilmirlər. Çünki sonuncu toplantılarında qəbul etdikləri sənədin sonuncu bəndi elə növbədənkənar parlament seçkiləri ilə bağlı bənd olub. Yəni onlar düşünürdü ki, bəyanat versələr, hakimiyyət həmin məsələdən uzaqlaşacaq, seçkilər keçirilməyəcək. Halbuki onların bəyanatının bizə heç bir aidiyyatı yoxdur. Azərbaycan müstəqil siyasət yeridir və hər hansı bloka qoşulmur. Bu baxımdan Azərbaycan xalqın tələbinə uyğun olaraq işini qurur”.

S.Novruzov xatırladıb ki, dünya praktikasına müxalifət növbədənkəanr seçkiləri önəmli sayır: “Siyasi partiyanın işi seçkiyə hazırlaşmaq və orada iştirak etməkdir. Əgər onlar seçkiyə hazır deyilsə, onda fəaliyyətləri nədən ibarətdir. Dəfələrlə şahidi olmuşuq ki, prezident seçkiləri zamanı müxalifət namizəd tapa bilməyib. Onlar ya Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu, ya da Cəmil Həsənlini tapıb gətirirdilər. Hansı ki həmin ərəfədə də namizədliyin irəli sürülməsi prosesi yekunlaşmaq üzrə idi. Ona görə də seçkilərdə ən vacib məsələ zamandır”.

YAP-ın deputatların 5 illik fəaliyyəti ilə bağlı statistik təhlillər apardığına diqqət çəkən MM-in komitə sədri əlavə edib ki, deputatların parlamentdəki çıxışları, seçiciləri ilə görüşləri, mətbuatla əlaqələri, beynəlxalq təşkilatlarda işi, sosial şəbəkələrdə fəaliyyəti və s. təhlil edilir: “Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. Növbəti seçkilərdə onların təhlil müddətindəki fəaliyyəti nəzərə alınacaq. Artıq bizə hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bəllidir”.

MM-in komitə sədri eyni zamanda mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin olması ilə bağlı dərc olunan siyahıya da münasibət bildirib. O qeyd edib ki, siyahı havadan götürülmüş siyahıdır: “Hər seçki öncəsi belə siyahılar dərc olunur”.

“Parlamentin 7-8 üzvü müxtəlif səbəblərdən burada təmsil olunmur. Tərkibin dəyişməsi də məhz seçicilərdən asılıdır. Seçkidə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Seçkinin ilk işi təhlildir. Təhlil olmadan seçkidə uğur qazanmaq olmaz. Müxalifətin isə belə taktikası yoxdur. Tərkibdə ciddi dəyişiklik olacaq, amma bu yenə də seçicidən asılıdır”- deyə o fikirlərinə əlavə edib.

Son xəbərlər
Digər xəbərlər