Tərtərdə fermerlərin öz şəxsi vəsaiti hesabına iri aqropark yaradılıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə, 2022-ci ilin fevralında qeydiyyata alınan Tərtər Aqropark MMC-nin dövlət qeydiyyatı artıq başa çatıb.
Tərtər rayonun Bəyimsərov kəndində yaradılan aqropark , fermerlərin şəxsi vəsaiti hesabına uzun illər formalaşdırılmış fərdi təsərrüfat aktivlərinin kapital qoyuluşuna yönəldılməsi ilə formalaşdırılıb.
Şirkətin nizamnamə kapitalı 770 000 manatdır. Ona qanuni təmsilçiliyi Habil İbrahimov Qəməddin oğlu edir.
Aqroparka yaxın mənbə bildirir ki, hazırda balans aktivləri 500 baş iribuynuzlu cins damazlıq heyvanlardan və ferma kompleksindən ibarətdir.
Aqroppark ildə 1 200 ton süd və 20 ton ət istehsal etmək imkanına sahibdir.
Cari ilin sonunadək fermerlərin adında olan torpaq sahələrinin və kənd təsərrüfatı texnika və avadanlıqlarının qiymətləndirilərək əlavə kapital qoyuluşu çərçivəsində Aqroparkin balansına ötürülməsi nəzərdə tutulur..