Tərtərdə H. Əliyev prospektində fəaliyyət göstərən, Məmmədov Elçin Eldar oğluna məxsus “Maks market” ərzaq mağazasında yoxlama aparılıb.
Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, yoxlama zamanı yararlılıq müddəti bitmiş, istehlaka yararsız bir sıra qida məhsullarının satışının həyata keçirildiyi aşkar edilib.
AQTA-dan bildirilir ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam edir.