Ərazi-Tikinti Planlaşdırma Mərkəzi Real-İnşaat MMC ilə 1.3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 298 000 manatdır.