9 C
Baku
Sunday, November 17, 2024

Tərtərdə müharibə zamanı dağılmış evlərin əvəzinə tikilən evlərin mülkiyyət hüququ rəsmiləşdirilib

Dekabrın 23-də Tərtər rayonunda erməni terroru nəticəsində dağıdılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi aparılıb. Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, Tərtər rayonunda Fərmanın əhatə etdiyi 70 evin sənədləri dövlət qeydiyyatına alınıb.

Məlumat üçün bildiririk ki, Xidmətin rəsmi saytında “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında Fərmanın əhatə etdiyi şəhər və rayonların siyahısı, şəxslərin adı qeyd edilib. Linkə keçid etməklə siyahı ilə tanış olmaq mümkündür: (https://clck.ru/335puJ)

 

Son xəbərlər
Digər xəbərlər