16 C
Baku
Monday, April 29, 2024

«Təsadüfi Milyonçu» səhvən bankdan 7,7 milyon dollar pul aldı

2009-cu ildə yerli Westpac bankının səhvən 7,7 milyon dollar vermiş olduğu, 33 yaşlı Yeni Zellandiya sakini oğurluq, fırıldaqçılıq və pulların yuyulmasına cəhd etməkdə təqsirli bilindi. Qaonun başına gələn əhvalat özü-özlüyündə olduqca maraqlıdır, amma məsələnin ən təəccüblü tərəfi banklar tərəfindən belə texniki səhvlərin ümumiyyətlə necə mümkün olmasıdır. Xüsusən də nəzərə alsaq ki, Westpac ildə proqram təminatına 300 milyon dollar sərf edir və ümumiyyətlə bankda quraşdırılmış PT-nin dəyəri bir milyard dolları üstələyir, onda belə texniki səhvlərin baş verməsi adama inanılmaz görünür.

Yeni Zellandiyada yanacaq doldurma məntəqəsində çalışan Hui «Leo» Qao 2009-cu ildə banka müraciət edərək, onlardan 100 min Yeni Zellandiya dolları (77 min ABŞ dolları) civarında overdraft ayırmağı xahiş edir. Kargüzarlıq səhvləri nəticəsində zellandiyalıya yüz dəfə daha böyük məbləğdə overdraft verirlər. Bank səhvi dərhal hiss etməmiş, bundan istifadə edən fırıldaqçı isə pulları əcnəbi hesablara köçürərək bir neçə il ərzində hüquq-mühafizə orqanlarından gizlənmişdir.

Bank bəzi tranzaksiyaları ləğv edərək NZ $3 milyon dolları geri geri qaytara bilmiş, həmçinin müəyyən miqdarda məbləğ isə Qaonun həbsindən sonra onun əmlakına yönəldilmişdir, amma NZ $3,8 milyon dolları hələ də tapmaq mümkün olmamışdır.

Qaonun hökmünü şərh edərkən, prokuror Fletçer Pildit söyləmişdir ki, çətin ki, belə hal bir də gələcəkdə təkrarlansın, çünki “bank sektorunun təmsilçiləri bu hadisədən yaxşı dərs almışlar”.

Bank Westpac-ın əsası 1861-ci ildə qoyulmuşdur. İndi onun təxminən 1,2 milyon müştərisi, Yeni-Zeelandiyada və ondan xaricdə 200-dən artıq bölməsi vardır. Fitch və S&P agentliklərinin ona verdiyi kredit reytinqi eyni səviyyədədir (AA-). Bu isə o deməkdir ki, bu iri, yaxşı reputasiyalı və maliyyə cəhətdən güvənli bankdır. Maliyyə hesabatlarına əsasən bank proqram təminatına 2009-cu ildə 206 milyon, 2010-cu ildə 300 milyon dollar sərf etmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər