Təsisçi “Agro Norm”dan ayrıldı, şirkətin kapitalı 3.2 milyon manat azaldıldı

“Agro Norm” MMC-nin nizamnamə kapitalı azaldılır.

Banker.az xəbər verir ki, “Agro Norm” Məhdud Məsuliyyətli Cəmiyyəti təsisçi Yaşar Nəriman oğlu Nəbiyevin şirkətdən çıxması ilə əlaqədar nizamnamə kapitalının azaldıldığını elan edib.

Təsisçinin özünə məxsus 3 210 000 manatlıq payını götürərək cəmiyyətdən ayrılması nəticəsində, şirkətin nizamnamə kapitalı 6 000 000 manatdan 2 790 000 manata endirilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər