7 C
Baku
Monday, March 2, 2026

Təsisçi “Stock Baku” şirkətə 2.3 milyon manat əlavə etdi

“Premium Garage” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını artırıb.

Banker.az xəbər verir ki, təsisçi “Stock Baku” Qapalı Səhmdar Cəmiyyəti əlavə 2 250 000 manat vəsait qoyub.

Əlavə qoyuluşdan sonra şirkətin nizamnamə kapitalı 5 750 000 manat təşkil edir.

Xatırladaq ki, “Stock Baku”un qanuni təmsilçisi isə Vüsal Yaşar oğlu Qasımovdur.

“Premium Garage” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi isə Rzaxan Quliyevdir.

Son xəbərlər
Digər xəbərlər