Vakansiya haqqında məlumat:
Struktur bölmə : İR departamenti, Təşkilati inkişaf şöbəsi
Vəzifə : Baş mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 09 sentyabr 2018-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Xidməti fəaliyyətin idarəedilməsi prossesinin həyata keçirilməsinə dəstək olmaq;
2. Xidməti fəaliyyətin qiymətləndirilməsində obyektivliyin təmin olunmasına nail olmaq məqsədilə müvafiq maarifləndirmə işlərini həyata keçirmək və prosesi avtomatlaşdırmaq;
3. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən insan resurslarının kəmiyət və keyfiyyət göstəricisi üzrə planlarını, maddi motivasiya planlarını, karyera inkişaf planlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
4. Xidməti fəaliyyətin qiymətləndirilməsinin və karyera sorğularının nəticələrinə uyğun olaraq rəhbər vəzifələrin ehtiyatlarını hazırlamaq və ehtiyatdakı kadrların hazırlığının təşkil edilməsi ilə bağlı məlumatları müvafiq strukturlara yönləndirmək;
5. Cəmiyyətin təlim ehtiyatlarının müəyyən olunması;
6. Bütün səviyyələrdə işçilərin inkişafı və təlim keçməsini asanlaşdırmaq üçün istiqamət, məsləhət vermək və koordinasiya etmək;
7. Təlimlərin effektivliyinin qiymətləndirilməsi;
8. Əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada işçilərin attestasiyasını keçirmək, attestasiyanın nəticələrini təhlil etmək, attestasiya komissiyasının qərarlarının icrasına nəzarəti həyata keçirmək;
9. İşçilərin karyera inkişaf planlarını hazırlamaq;
10. Karyeranın planlaşdırılmasına təsir edən əsas amillərin (karyeranın inkişaf etdirilməsi üzrə) müəyyən etmək;
11. İstedadları müəyyən etmək, karyera inkişaf planlarını hazırlamaq və həyata keçirmək;
12. Kadr ehtiyatı bazasını formalaşdırmaq;
13. Cəmiyyətin təşkilati sağlamlıq layihələrinin həyata keçirilməsinə dəstək olmaq;
14. Rotasiya (müvəqqəti başqa işə keçirmə) proqramlarını hazırlamaq, rəhbərliklə razılaşdırmaq və həyata keçirmək;
15. İşçilərin başqa işə keçirilməsi haqda sruktur bölmələrin təkliflərinin və işçilərin müraciətlərinin qanunvericiliyə, işəgötürənin tələblərinə, xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələrinə və karyera inkişaf planlarına müvafiq qaydada təşkil etmək;
16. Struktur rəhbərlərinin işgüzar keyfiyyətinə, əməyin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçinin vəzifədə irəli çəkilməsi ilə bağlı rəhbərliyə verdiyi təkliflər ilə bağlı rəy vermək;
17. Kitabxanada olan kitabların təlim və digər materialların uçotunu aparmaq, onların istifadəçilərə verdikdə müvafiq qaydada saxlanılmasına əməl etmək və müəyyən olunmuş vaxt çərçivəsində qaytarılması barədə istifadəçiləri məlumatlandırmaq.
Namizədə olan tələblər:
İş təcrübəsi : İnsan resursları sahəsində (Təlim və inkişaf üzrə) minimum 3 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən sahə üzrə ali təhsil tələb olunur. İnsan resursları sahəsi üzrə təhsilə üstünlük verilir.;
Dil bilikləri : İngilis dilini mükəmməl bilməlidir, rus dili biliyi üstünlükdür;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər : İnsan Resursları sahəsində sertifikatın olması üstünlükdür;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı, analitik düşüncə, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “İR – baş mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.