“Rabitabank” ASC Təşkilati şöbəsinin mütəxəssisi (Referent)
Vəzifə öhdəlikləri:
- Rəhbərin iş gününün təşkilində, səfərlərin, işgüzar görüşlərin qrafik üzrə planlaşdırılmasında iştirak etmək və onların vaxtında həyata keçirilməsi üçün zəruri tədbirlər görmək;
- Müşahidə Şurası və İdarə Heyəti üzvləri arasında informasiya mübadiləsini həyata keçirmək;
- İdarə Heyətinin, Müşahidə Şurasının və bankın digər idarəetmə orqanlarının qərarlarını hazırlamaq;
- Rəhbərliyin göstərişinə əsasən iclaslarının təşkilinə dair zəruri tədbirlər görmək;
- Edilən müraciətlər, habelə göstəriş əsasında aparılmış araşdırmalar və görülmüş işlər barədə hesabat vermək;
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Uyğun vəzifədə ən azı 1 il iş təcrübəsinə malik olmaq;
- Azərbaycan və Rus dillərini mükəmməl (şifahi və yazılı) səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilmək;
- Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
- Sənədlərlə işin təşkilini, sənədlərin tərtib edilməsi qaydalarını bilmək;
- Yüksək kommunikasiya və yazılı ünsiyyət qabiliyyəti;
- MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Yüksək öyrənmə qabiliyyəti və təşəbbüskarlıq
Qeyd: Xanım namizədlərə üstünlük verilir.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E – mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33