8 C
Baku
Monday, November 18, 2024

Tətil üçün ən ucuz büdcəli Avropa şəhərləri açıqlandı – SİYAHI

Koronavirus pandemiyasından sonra səyahətə tələbatın artması ilə yanaşı, dünyada artan iqtisadi problemlər fonunda turistlər tətildən imtina etməsə də, pula qənaət etmək üçün seçimlər axtarırlar.
“The Independent” 2023-cü ildə Avropada büdcəyə uyğun bir neçə gün səfər etməyə dəyəcək populyar istirahət yerlərinin siyahısını tərtib edib.
1. İzmir (Türkiyə) – Ölkənin üçüncü ən böyük şəhəri Anadolunun qərb sahilindəki Aralıq dənizi limanıdır, çimərlikləri, bazarları və qədim tikililəri ilə öyünür. Eyni zamanda, İzmirin özündə üzgüçülük üçün uyğun çimərliklər yoxdur, lakin oradan rahatlıqla məşhur Alaçatı və Çeşmə kurortlarına gedə bilərsiniz.
2. Krakov (Polşa) – Polşanın ikinci ən qədim şəhərinə bir neçə günlük səfər çox sərfəlidir. 2023-cü ildə bazar meydanında və ətraf küçələrdə cəmi bir neçə avroya küçə yeməkləri və pivə almaq olar. Eyni zamanda, şəhərdə çoxlu attraksionlar var.
3. Buxarest (Rumıniya) – Rumıniyanın paytaxtı və mədəniyyət mərkəzi turistlərə yalnız ucuz birbaşa uçuşlar deyil, həm də Paris və ya Roma ilə müqayisədə çox aşağı qiymətə yaşayış təklif edir. Şəhər turistlərə sərfəli qiymətlərlə çoxlu attraksionlar və dadlı yerli mətbəx təklif edə bilər.
4. Sofiya (Bolqarıstan) – Roma xarabalıqları üzərində tikilmiş və Vitoşa dağının üzərində ucalan şəhər çoxlu isti bulaqlar, qədim incəsənət və muzeyləri ilə çox məşhur yerdir. 2022-ci ilin sonunda Sofiya Avropanın ən ucuz istirahət yerlərindən biri kimi tanınıb, burada cəmi 10 avroya bir neçə stəkan məşhur ucuz Bolqar şərabı ala bilərsiniz.
5. Afina (Yunanıstan) – Yunanıstanın paytaxtı bir neçə günlük istirahət üçün təəccüblü dərəcədə münasib qiymətlər təklif edir. Afina zəngin tarixə malikdir, əksər otellərində dam terraslarından və barlardan Akropol mənzərələri var.
6. Lissabon (Portuqaliya) – Portuqaliyanın sahil paytaxtında ucuz yerli yemək və içkilər axtarmaq üçün tramvayla səyahət etmək və ya təpələrdə gəzməklə pula qənaət etmək asandır.
7. Praqa (Çexiya) – Köhnə Şəhər Meydanı, orta əsr qotik binaları və klassik konsertləri ilə tanınan Çexiya paytaxtı büdcəyə uyğun mədəni zəngin səyahət vəd edir.
8. Toledo (İspaniya) – İspan İmperiyasının köhnə paytaxtı İspaniyanın mərkəzində dini abidələri, YUNESKO-nun Dünya İrsi Siyahısına salınmış tarixi məhəlləsi, qalaları və kafedralları ilə məşhur olan divarlarla əhatə olunmuş qədim şəhərdir. Burada istirahət Barselonadakından qat-qat ucuz olacaq.
Son xəbərlər
Digər xəbərlər