“AtaSığorta”dan “Meqa Sığorta”ya yeni təyinat olub. “AtaSığorta” şirkətinin İdarə Heyətinin üzvü, Sığorta Xidmətləri Departamentinin direktoru Ramil Abdullayev “Meqa Sığorta”nın biznesin inkişafı departamentinin rəhbəri təyin edilib. Bu barədə R.Abdullayev özü bildirib.
Qeyd edək ki, R.Abdullayev 2007-ci ildən sığorta sektorunda çalışır. Sığorta sektorunda fəaliyyətə “AXA MBASK” sığorta şirkətindən başlayıb. 2010-cu ildən etibarən isə “AtaSığorta” şirkətində fəaliyyətini davam etdirib.