“Bank Respublika”ya iki yeni transfer olub.
Belə ki, Yaşar Kərimov “Bank Respublika”nın Biznesin İnkişafı və Rəqəmsal Transformasiya üzrə İdarə Heyətinin Sədrinin müşaviri təyin olunub.
O, 2005-ci ildə Marketinq ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2008-ci ildə isə magistr dərəcəsini bitirib.
“Bank Respublika”da digər təyinat Eldar Xubanlı ilə bağlı olub. O “Bank Respublika”da Biznes İnkişaf Departamentinin tərkibində Məhsul, proses və xidmətlərin inkişafına dəstək şöbəsinin müdiri təyin olunub.
Yaşar Kərimov
Eldar Xubanlı