4 C
Baku
Friday, March 29, 2024

Təyinat. Bank və sığorta sahəsində çalışmış şəxs holdinqə yüksək vəzifəyə gedib

Azərbaycanda iri holdinqləq qrupu siyahına daxil olan “Nurgun Qroup” MMC-nin Audit Departamentinə direktor təyin olunub. Bu, ölkədə sığorta və bank sahəsində müxtəlif sahələrdə çalışmış Fuad Əliyevdir.

F.Əliyev bundan əlavə olaraq adıçəkilən holdinqə daxil olan “Rəvan” Sığorta Şirkətində ötən ilin mayından başlayaraq İdarə Heyəti sədrinin müavini vəzifəsini də hazırda icra etməkdədir.

Qeyd edək ki, F.Əliyev bundan öncə “NBC Bank” və “NIKOIL Bank”da da çalışıb.

O, 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bakalavr  dərəcəsi üzrə Bazar iqdisadiyyatı və xidməti sahələrində kommersiya fəaliyyəti ixtisasını bitirib.

Rəsmi: Rəvan Sığortadan banker.az verilən məlumata görə, Fuad Əliyev Rəvan Sığortada öz işini hazırda icra edir və şirkəti tərk etməyib.

Son xəbərlər
Digər xəbərlər