11 C
Baku
Monday, November 25, 2024

Təyinat: Beş ildən sonra yenidən “Bank BTB”yə geri döndü

Bank BTB” ASC-nin Biznesin inkişafı və marketinq departamentinə direktor təyin edilib.

Banker.az xəbər verir ki, bu, Aynur Nurəliyevadır.

A.Nurəliyeva 2015-ci ilin noyabrından 2020-ci ilin fevralına qədər “Bank BTB” ASC-də Marketinq və ictimai əlaqələr departamentinin direktoru olub.

“5 il bundan əvvəl ayrıldığım komandaya yeni arzularla və yeni ideyalarla yeni formatda qayıtmaq mənim üçün ayrı bir məsuliyyətdir. Böyük bir ümid və enerji ilə geri dönürəm. İdeyalar çoxdur və onların hər birinin gerçəkləşməsi üçün əlimdən gələn heç nəyi əsirgəməyəcəyəm”- deyə, Aynur Nurəliyeva qeyd edir.

Qeyd edək ki, o buna qədər “Akkord”, “Avirtel”, “Bank VTB (Azərbaycan)”, Azərbaycan Dəmir Yolları və TƏBİB-də çalışıb.

Karyerası:

— TƏBİB

Daxili Kommunikasiya Rəhbəri

Sentyabr 2023 – Sentyabr 2024 · 1 il 1 ay

— Azərbaycan Dəmir Yolları

Daxili Kommunikasiyalar üzrə müdir müavini

Tam ştat · 3 il 8 ay

— Bank “BTB” ASC

Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə direktor

Noyabr 2015 – Fevral 2020 · 4 il 4 ay

— Bank VTB (Azərbaycan)

Baş Marketinq Mütəxəssisi

Aprel 2013 – Noyabr 2015 · 2 il 8 ay

— Avirtel MMC

İctimaiyyətlə Əlaqələr Meneceri

Aprel 2010 – Dekabr 2011 · 1 il 9 ay

Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC

Reklam Rəhbəri

Aprel 2005 – Sentyabr 2008 · 3 il 6 ay

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 71.45 mln. manat olmaqla səhmlərin 76.74 faizi Nigar Mehdiyeva İsmayıl qızına, 17.68 faizi Rza Sadiq İsmayıl oğluna, 5.58 faizi isə Tükəzban Mahmudova Ağa qızına məxsusdur.

Son xəbərlər
Digər xəbərlər