“AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə yeni direktor təyinatı olub.
Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Qərara əsasən, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov MMC-yə direktor təyin olunub.
AMEA Rəyasət Heyəti aparatının Katibliyinin müdiri vəzifəsinə də təyinat olub. Bu vəzifə Rəqsanə Əzizovaya həvalə edilib.
©Report