Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarələrindən birinə rəisi təyin edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Orxan Zeynalov XİN-nin İqtisadi əməkdaşlıq İdarəsinin rəisi təyin edilib.
O, 2020-ci ilin dekabrından Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi idi.
Qeyd edək ki, O.Zeynalov 2002-2020-ci illər ərzində də bu XİN-də, o cümlədən Azərbaycanın ABŞ, Hindistan və Avstriya, Sloveniya və Slovakiyadakı səfirliklərində çalışıb.
Onun XİN-dəki hazırda rəisi olduğu İdarə nazir müavini olan Mahmud Məhəmməd-Quliyevin blokundadır.