Azərbaycanda 2026-cı ilin birinci rübdə hava nəqliyyatı ilə daşınan yük həcmi 86,7 min ton təşkil edib ki, bu da 2025-ci ilin müvafiq dövrünə nisbətən 6,3% azdır.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yükün böyük hissəsi beynəlxalq əlaqələr üzrə daşınıb (85,8 min ton), daxili daşımalar isə 0,9 min ton olaraq qalıb.
Yük dövriyyəsi 717,4 milyon ton-km təşkil edib, illik müqayisədə 4,9% azalma müşahidə olunub.
Hava nəqliyyatı ilə yük daşınmasından əldə olunan gəlir 571,3 milyon manat olub, illik müqayisədə 0,9% azalıb. Gəlirin böyük hissəsi beynəlxalq daşımalardan (571,1 milyon manat) formalaşıb. Daxili daşımaların gəliri isə 242,2 min manat təşkil edərək 2,5% artıb.
Poçt daşınması 314,2 ton təşkil edib ki, bu da illik müqayisədə 36% artım deməkdir.







