7 C
Baku
Thursday, December 12, 2024

Təyyarə ilə yüklər daşıyan “Silk Way West” ilin ilk yarısında 1.14 mlrd. gəlir, 78 mln. xalis mənfəət əldə edib

“Silk Way Holding”ə məxsus olan “Silk Vey Vest Aviaşirkəti” MMC (Silk Way West Airlines) 2024-cü ilin ilk yarısında 77.91 milyon manat xalis mənfəət əldə etdiyini açıqlayıb. Halbuki, aviaşirkət 2023-cü ilin eyni dövründə 10.08 milyon manat xalis mənfəət əldə etmişdi.

Banker.az şirkətin yarımillik audit hesabatına istinadən xəbər verir ki, hava nəqliyyatı ilə yükdaşımalar həyata keçirən şirkətin ilin ilk altı ayına olan gəlirlərinin həcmi 1 milyard 136.41 milyon manat olub. Keçən ilin müvafiq periodunda şirkətin 816.37 milyon manat gəlir əldə etdiyini nəzərə alsaq, cari ildə şirkət 39 faizlik artım əldə etmiş olub.

Aviaşirkət hesabat müddəti ərzində 987.03 mln. manat əməliyyat xərcləri çəlib. Bununda 390.19 mln. manatı yanacaq xərcləridir.

Şirkətin bu xalis mənfəəti ardından onun balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 1 mlrd. 180.43 mln. manat təşkil edib. Xalis aktivlərin həcmi isə 1 mlrd. 650.15 mln. manat olub.

Qeyd edək ki, şirkət keçən ili tam olaraq 117.72 mln. manat xalis mənfəətlə tamamlamışdı.

Son xəbərlər
Digər xəbərlər