9 C
Baku
Saturday, December 28, 2024

Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib.

Bakı-Qroznı marşutu ilə hərəkət edən, Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan sərnişinlərdən Balakən rayon sakini 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi rayona gətirilərək bu gün səhər saatlarında ailəsinə təhvil verilib.

R.Filiyev saat 10 radələrində doğulduğu Şərif kənd qəbirstanlığında dəfn olunacaq.

Qeyd edək ki, R.Filiyev iki il əvvəl ailə qurub, onun 10 aylıq oğlan körpəsi var.

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər