15 C
Baku
Friday, April 26, 2024

“Tabaterra Leaf” şirkəti “Azərtütün”ü satın aldı – Satınalma məbləği açıqlandı

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən investisiya müsabiqəsi nəticəsində daha bir müəssisə özəlləşdirilib.

Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 15 oktyabr 2021-ci il tarixində Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizinin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edilib.

“18 noyabr 2021-ci il tarixində Müsabiqə Komissiyası tərəfindən iddiaçıların təkliflərinə baxılıb. Müsabiqə Komissiyasının üzvləri arasında açıq səsvermə yolu ilə “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti “Azərtütün” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib” – deyə ƏMDX-dən bildirilir.

Müsabiqə qalibi ilə 25 noyabr 2021-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 6 400 000 manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 8 200 000 manat təşkil edən İnvestisiya Proqramının icrasını, habelə müəssisənin kreditor borclarının ödənilməsinin təmin edilməsini üzərinə götürüb.

ƏMDX-nin açıqlamasında deyilirdi ki, Azərtütün-ünün 109 nəfər işçisi olduğu və
1 644 616 manatlıq öhdliyinin olduğu bildirilirdi.

İnvestisiya Proqramına əsasən, müəssisədə mövcud istehsal avadanlıqlarının təmiri, istehsal xətti üçün tələb olunan əlavə avadanlıq və hissələrin alınması, laboratoriya avadanlıqlarının yenilənməsi, tütün emalı zavodu və tütün qəbulu məntəqələrində təmir-tikinti işlərinin aparılması, dövriyyə kapitalına investisiya qoyuluşu nəzərdə tutulur.

Müsabiqə qalibi tərəfindən investisiyaların 1 il ərzində yatırılması, müəssisədə 130 nəfərdən az olmayan daimi və mövsümi iş yerinin yaradılması planlaşdırılır.

“Dövlət müəssisəsinin özəlləşdirilməsi ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması istiqamətində növbəti addım olacaqdır” – deyə, açıqlamada bildirlir.

Xatırladaq ki, “Azərtütün” 2018-ci ildən fəaliyyət göstərən “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin bazasında bu ay yaradılıb. Şirkətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında tütün istehsalı və emalı məntəqəsi, Zaqatala rayonunda isə tütün emalı zavodu fəaliyyət göstərir.

Qeyd olundu ki, “Tabaterra Leaf” 2017-ci ildə STP-də rezident kimi qeydiyyata alınıb. Burada 3 formatda olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal edir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər