“TAC” şirkəti yeni vakansiyalar üzrə işə qəbul elan edir

Aquavita və Gülüstan markalarının istehsalçısı olan “TAC” şirkəti yeni vakansiyalar üzrə işə qəbul elan edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, böyük və dinamik inkişaf edən komandaya qoşulmaq istəyirsinizsə, müvafiq vakansiya üzrə müraciət etməyə tələsin.

Vakansiyalar:

– Satış təmsilciləri (Tələblər: müvafiq sahədə iş təcrübəsi, şəxsi avtomobil, azərbaycan və rus dili bilikləri, Bakı və Sumqayıt qeydiyyatı, yaş həddi 25-35)

– Sürücülər (Tələblər: müvafiq sahədə iş təcrübəsi, sürücülük BC kateqoriya, Bakı və Sumqayıt qeydiyyatı, yaş həddi 25-45)

– Ekspeditorlar (Tələblər: müvafiq sahədə iş təcrübəsi, Bakı və Sumqayıt qeydiyyatı, yaş həddi 25-45)

– Muhasib (Tələblər: müvafiq sahədə iş təcrübəsi, azərbaycan və rus dili bilikləri, Bakı və Sumqayıt qeydiyyatı, yaş həddi 25-45)

– Proqramci (Tələblər: ORACLE ve C# proqramları üzrə biliklər, müvafiq sahədə iş təcrübəsi, Bakı və Sumqayıt qeydiyyatı)

– Anbardar (Tələblər: müvafiq sahədə iş təcrübəsi, azərbaycan və rus dili bilikləri, Bakı və Sumqayıt qeydiyyatı, yaş həddi 25-35)

Qeyd: Bütün namizədlər ilkin sınaq müddəti sərti ilə işə qəbul olunacaqlar.

Müraciət üçün namizədlər CV-ləri mövzu hissəsində müraciət olunan vakansiyanı qeyd etməklə hr@tajbev.com ünvanına göndərə bilərlər.

Ətraflı məlumat üçün (012) 447 29 91; (050) 225 27 67

Son xəbərlər
Digər xəbərlər