Bu il Tacikistan Əfqanıstana 69 milyon dollar dəyərində 1,5 milyard kVt/s elektrik enerjisi satacaq.
Bununla bağlı Tacikistanın “Barki Tocik” və Əfqanıstanın “Da Afghanistan Breshna Sherkat” şirkətləri arasında saziş imzalanıb.
Məlumatda bildirilir ki, 2021-ci ildə Tacikistan Əfqanıstana 94 milyon dollar dəyərində elektrik enerjisi satıb.
Qeyd olunur ki, tələbat olacağı halda Tacikistan Əfqanıstana verəcəyi elektrik enerjisinin həcmini artıra bilər.