Ölkənin Maliyyə Nazirliyinin proqnozuna əsasən, 2019-cu ildə dövlət büdcəsinə vergi və qeyri-vergi gəlirləri üzrə əlavə 17,5 milyard somoni vəsait daxil olacaq ki, bu da keçənilkindən 1,7 milyard somoni (1somoni=0,178 manat) və ya 11 faiz çoxdur. 2020-ci il üzrə hazırlanmış proqnoza əsasən isə vergi və qeyri-vergi daxilolmalarının həcminin bu illə müqayisədə 10,6 faiz artacağı gözlənilir.

Qeyd edək ki, ötən il Tacikistanda vergi yığımları üzrə proqnoz 0,6 faiz, gömrük rüsumları üzrə proqnoz isə 1,2 faiz artıqlaması ilə yerinə yetirilmişdi. Bununla belə, gəlir vergisi və əlavə dəyər vergisi üzrə büdcəyə nəzərdə tutulduğundan az vəsait daxil olmuşdu. Bu ilin əvvəlində Prezident İmomali Rahmon hər iki verginin yığılması ilə bağlı öz narahatlığını bildirmiş, vergi borclarının azaldılması üçün aidiyyəti orqanlara təxirəsalınmaz tədbirlər görülməsini tapşırmışdı.

©Vergilər.az