31 C
Baku
Thursday, August 11, 2022

Tacikistan prezidenti Emoməli Rəhmonun andiçmə mərasimi keçirildi

Yeni seçilmiş prezident Emoməli Rəhmonun andiçmə mərasimi oktyabrın 30-u baş tutub. Mərasim Tacikistan dövlət televiziya kanalında canlı yayımlanıb.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, ölkənin Konstitusiya Məhkəməsinin sədri Əbdülhafiz Aşurzoda ona Tacikistan Prezidentinin Nişanını, Mərkəzi Seçki Komissiyasının rəhbəri Bəxtiyor Xudoerzoda isə prezident vəsiqəsini təqdim edib.

Xatırladaq ki, Tacikistanda prezident seçkiləri oktyabrın 11-də keçirilmişdi. Nəticədə 90% səs çoxluğu ilə ölkənin hazırkı prezidenti Emoməli Rəhmon qalib gəlib. Seçkilərə ATƏT-in müşahidəçiləri, Rusiya və Özbəkistan nümayəndələri nəzarət edib.

Son xəbərlər
Oxşar xəbərlər