22 C
Baku
Thursday, September 29, 2022

Tacikistan prezidenti sakinləri iki illik ərzaq ehtiyatı toplamağa çağırdı

Tacikistan Prezidenti Emoməli Rəhmon dünyadakı vəziyyətin respublikanın iqtisadi və sosial vəziyyətinə ciddi təsirindən danışıb və həmvətənlərini iki illik ərzaq ehtiyatı toplamağa çağırıb.

Bu barədə o, Ramazan ayı münasibətilə təbrik çıxışında bəyan edib.

Dövlət başçısı bildirib ki, cari il bütün aspektlər, o cümlədən ərzaq təhlükəsizliyi baxımından bəşəriyyət üçün ən çətin və ağır il olacaq. O, həmvətənlərini birliyə, çətin anlarda bir-birlərinə dayaq olmağa, təlaşa düşməməyə, qənaətcil və ayıq-sayıq olmağa çağırıb.

“Biz hər bir əlverişli yaz günündən istifadə edərək səpin kampaniyasını vaxtında başa çatdırmalı, bol məhsulun əsasını qoymalıyıq. Unutmayın ki, hər bir ailə iki illik ərzaq ehtiyatına malik olmalıdır”, – deyə Rəhmon bildirib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər