17 C
Baku
Sunday, May 26, 2024

Tacikistan və Qırğızıstan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələləri müzakirə edilib

Düşənbə şəhərində Tacikistan və Qırğızıstan hökumət nümayəndə heyətlərinin iki ölkə arasında ümumi sərhədin delimitasiyası və demarkasiyası üzrə növbəti birgə iclası keçirilib.

Bu barədə Tacikistanın “Xovar” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, iclasa Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin (DKNB) rəhbərləri Saymumin Yatimov və Kamçıbek Taşiyev sədrlik edib.

Görüşün yekunlarına dair protokol imzalanıb. Onun məzmunu ictimaiyyətə açıqlanmır. Tərəflər növbəti görüşün Qırğızıstan ərazisində keçirilməsi barədə razılığa gəliblər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər