Tacikistan və Qırğızıstan XİN rəhbərlərinin telefon danışığı olub

Bu gün Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin və onun qırğız həmkarı Jeenbek Kulubayev arasında telefon danışığı olub.

Tərəflər telefon danışığı zamanı iki ölkənin sərhədindəki vəziyyətə dair fikir mübadiləsi aparıblar.

XİN rəhbərləri Tacikistan-Qırğızıstan sərhədində kəskin hərbi toqquşmaların qarşısının alınması və yaranmış münaqişənin həlli yollarını müzakirə ediblər.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər