24 C
Baku
Thursday, October 9, 2025

Tacikistanda 2030-cu ilə qədər elektrikli skuterlərin və elektrosamokatların hərəkəti qadağan edilib

Tacikistanın paytaxtı olan Duşənbə şəhərində 2030-cu ilə qədər elektrik skuterlərinin və elektrosamokatların hərəkəti qadağan edilib. Qərar Düşənbə şəhər xalq deputatları məclisinin qərarı əsasında verilib.

Şəhər milisinin məlumatına görə, məhdudiyyət Düşənbənin bütün rayonlarına şamil olunur, yalnız xüsusi ayrılmış yerlər istisna təşkil edir. Lakin bu yerlərin harada yerləşdiyi açıqlanmır.

Məhdudiyyət veloinfrastruktur — velosiped yolları, dayanacaqlar və təhlükəsiz hərəkət zonaları yaradılana qədər qüvvədə qalacaq.

Qərar elektroskuter və elektrosamokatların nizamsız istifadəsini aradan qaldırmaq, onlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaq, nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələrin qarşısını almaq, eləcə də bütün yol hərəkəti iştirakçılarının hüquq və mənafelərini qorumaq məqsədilə qəbul olunub.

Son xəbərlər
Digər xəbərlər