2 C
Baku
Saturday, December 14, 2024

Tacikistanda ölkəyə gələn və ölkədən gedən turistlərdən vergi tutulacaq

Bu günlərdə ölkə parlamentinin aşağı palatası hökumətin təklifi əsasında “Digər büdcə ödəmələri öhdəlikləri haqqında” Qanuna düzəlişi qəbul edib. Maliyyə naziri Fayziddin Qəhharzadə layihəni təqdim edərkən bildirib ki, düzəlişlərə əsasən, ölkəyə gələn əcnəbilər dövlət rüsümu ödəməli olacaqlar: “Bundan əlavə, turizm şirkətlərinin xətti ilə turizm məqsədləri üzrə başqa ölkələrə, eləcə də Həcc ziyarətinə gedən Tacikistan vətəndaşları da dövlətin büdcəsinə rüsum ödəyəcəklər”.

Nazirin sözlərinə görə, Böyük Vətən müharibəsi veteranları, Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, birinci və ikinci qrup əlillər, 16 yaşadək uşaqlar və diplomatlar bu vergini ödəməkdən azaddırlar. Qəhharzadə qeyd edib ki, hazırda Tacikistanın turizm bazarında 145 turizm şirkəti fəaliyyət göstərir. Keçən il ölkəyə bir milyondan artıq xarici turist gəlib. Bildirilib ki, həm əcnəbilər, həm də ölkə vətəndaşları üçün rüsumun məbləği hökumət tərəfindən müəyyənləşdiriləcək. Mətbuatın ehtimalına görə, həm ölkəyə gələn turistlər, həm də turizm şirkətləri vasitəsilə xaricə gedənlər üçün yeni verginin məbləği hər gün üzrə 1 ABŞ dolları olacaq.

©Vergilər.az

Son xəbərlər
Digər xəbərlər