Tacikistanın hazırkı başçısı Emoməli Rəhmon 90,92% səs çoxluğu ilə prezident seçkilərində qalib gəlib.
Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, ölkədə prezidentlik uğrunda mübarizədə beş namizəd mübarizə aparıb: hazırkı prezident Emoməlu Rahmon (hakim Xalq Demokratik Partiyası), deputat Miroc Əbdulloyev (Kommunist Partiyası), deputat Rustəm Lətifzodə (Aqrar partiya), deputat Rustəm Rəhmatzodə (İqtisadi İslahatlar Partiyası) və deputat Əbduhalim Qafforzadə (Sosialist Partiyası).