22 C
Baku
Tuesday, April 23, 2024

Taciklər qırğızların evlərini buldozerlə dağıdırlar

Qırğızıstanda sosial mediada taciklərin buldozerlə qırğızların evlərini dağıtdığı bildirilir.

Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.

Baş verənlərin görüntüləri “Telegram”da “Sputnik Qırğızıstan” kanalında yayımlanıb.

Xatırladaq ki, daha əvvəl Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmalar səbəbindən bir neçə məktəb və yaşayış binasının dağılması bildirilmişdi. Yanğınların Tacikistan hərbiçilərinin hücumları nəticəsində baş verdiyi qeyd edilmişdi. Lakın Düşənbə rəsmi olaraq yanğınlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Tacikistan və Qırğızıstan sərhədindəki qarşıdurma 29 aprel cümə axşamı günü atışma ilə bağlayıb və genişmiqyaslı döyüşlərə çevrilib. Bunun səbəbi iki ölkə arasında “Qolovnoy” su paylama məntəqəsi ilə bağlı uzun müddətdir davam edən ərazi mübahisəsi olub. Elə həmin gün axşam Tacikistan və Qırğızıstan baş nazirləri Kazandakı danışıqlarda atəşkəs barədə razılığa gəliblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər