27 C
Baku
Saturday, June 29, 2024

Tacir və bülbül

Günlərin bir günü bir tacir meşədə bülbül tutur və ona evə gətirir. Tacir qızıldan qəfəs sifariş edir və onu qiymətli daş-qaşlarla bəzəyir və bübülü bu qəfəsə salır. Tacir quşa baxması üçün xüsusi nökər tutur. Tacirin çox gözəl bağı var idi. Burada çoxlu əsrarəngiz çiçəklər bitirdi. Bağın ortasında ağ mərmərdən və yeddi fəvvarəsi olan hovuz yerləşdirilmişdi. Tacir bülbülün qəfəsini hovuzun yanındakı kölgəlikdə asmağa əmr verir və hər axşam buraya bülbülə qulaq asmağa gəlir. 

Bülbül isə daim qəmgin mahnılar oxuyurdu və kədərli idi. Tacir quşların dilini bilən bir şəxsi tapır və ondan bülbülün kədərinin səbəbini öyrənməsini xahiş edir.

– Cənab tacir, deyə quşların dilini bilən şəxs müraciət edir, – bülbül vətəni, doğma yuvası və azadlıq üçün darıxır. O oxuyur: “Qürbətdə qızıl qəfəsdə olmaqdansa, vətəndə yoxsul olmaq daha yaxşıdır”.

Tacir bülbülün günbəgün solduğunu görür. O, qəfəsi açır və bülbülü azadlığa buraxır. Tacir və quşların dilini bilən şəxs atlara minirlər və quşun dalıyca çapmağa başlayırlar. Bülbül dağların, çəmənlərin üzərindən uçur, çayda çimir, bulaqlardan su içir və ağacların birindəki yuvaya qonaraq oxuyur:

– Eh Vətən! Sən necə də gözəlsən!

Bülbül o ağacdan bu ağaca qonaraq şən mahnılar oxumağa başlayır.

Çox təəccüblüdür, – deyə tacir söyləyir, – mən onu qızıl qəfəsdə, güllərin arasında saxlayırdım, yedizdirib içizdirirdim, onun isə hər hansısa ağac daha çox xoşuna gəlir.

Quşların dilini bilən şəxs cavab verir:

– Cənab tacir, təəccüblənməyin. Hər kəsə öz vətəni, ata yurdu daha əzizdir. Bülbül burada azaddır. Azadlıq isə hər şeyin fövqündədir.

Son xəbərlər
Digər xəbərlər