Əli Məhəmməd oğlu Hüseynli- 2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavinidir.
1968-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Rus və ingilis dillərini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
Parlament Üzvlərinin Korrupsiyaya qarşı Qlobal Təşkilatının milli koordinatorudur.
1991-ci ildən Azərbaycan Respublikasının Ali Məhkəməsində iclas katibi, məsləhətçi, sədrin köməkçisi işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında mütəxəssis vəzifəsində çalışmış, 1996–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin köməkçisi olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2003-cü il iyunun 20-dən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədridir. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın həmsədridir.
Evlidir, 2 övladı var.