14 C
Baku
Sunday, November 24, 2024

Balarəhim Quliyev

Qisa informasiya

Balarəhim Mirzəağa oğlu Quliyev 25 dekabr 1967-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Qidalanma Gigiyenası üzrə sanitariya həkimi ixtisası istiqamətində Azərbaycan Dövlət Tibb Universitetində alıb.

1992 – 2005 ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzində Qida gigiyenası həkimi vəzifəsində çalışıb. 2005 – 2010 cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2010 – 2014 cü illərdə özəl tibb şirkətində biznesin inkişafı üzrə menecer və direktor müavini vəzifəsində çalışıb. 2014 – 2015 ci ilin aprel ayınadək   Suraxanı Tibbi Bərpa Mərkəzində direktor işləyib.

2015-ci ilin aprel ayından 2018-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis müavini vəzifəsində çalışıb.

21 yanvar 2018-ci il tarixindən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb.

9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Dövlət Qulluğunun kiçik müşaviridir.

Ailəlidir, 1 övladı var.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər