
Azerconnect şirkətinə qoşulmazdan əvvəl cənab Dövlətov 15 ildən artıq peşəkar karyerası ərzində ölkənin aparıcı telekommunikasiya, maliyyə və kredit, neft və qaz şirkətlərində müxtəlif məsul vəzifələrdə təmsil olunmuşdur. Dövlət Dövlətov ixtisasca maliyyəçidir və Azərbaycan Dövlət İqtisad Universitetini 2002-ci ildə bakalavr, 2004-cü ildə isə magistr dərəcələri üzrə bitirmişdir. Cənab Dövlətov həmçinin ölkə daxilində və xaricdə Liderlik və İdarəetmə sahəsində müxtəlif proqramların iştirakçısı olmuşdur. Mərkəzi Avrasiya Liderlik Alyansının (CELA) üzvüdür.