6 C
Baku
Saturday, December 14, 2024

Elxan Mikayılov

Qisa informasiya

Elxan Əvəz oğlu Mikayılov 21 iyul 1984-cü ildə Ağdam rayonunda anadan olub. Ali təhsilini Standartlaşdırma və Sertifikasiya ixtisası üzrə 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Təhsilini 2005-2007-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Standartlaşdırma və Sertifikasiya ixtisası üzrə magistr təhsili, 2012-2016-ci illərdə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Ümumi iqtisadiyyat üzrə doktorantura təhsili alıb.

2007-ci ildə bir sıra beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə yerli qrup rəhbəri, biznes məsləhətçisi vəzifələrində çalışıb. 2015-2016-cı illərdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyində (SECO) və İsveçrənin Azərbaycandakı səfirliyində İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub. 2016-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib. 2018-ci ilin may ayından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin 28 dekabr 2020-ci il tarixli əmri ilə  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Bir çox elmi məqalələrin müəllifidir.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər