12 C
Baku
Saturday, November 23, 2024

Emin Hüseynov

Qisa informasiya

Emin Zamin oğlu Hüseynov

Azərbaycanlı iqtisadçısı,

iqtisad üzrə fəlsəfə doktoru,

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi (2018-ci ildən), 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi (2021-ci ildən), 

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi (2021), 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şuralarının üzvü,

Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü,

 Azərbaycan Respublikası maliyyə nazirinin sabiq müavini (2016–2018).

  • 12 noyabr 1974-cü ildə Sumqayıtda anadan olub;

Təhsili:

Əmək fəaliyyəti:

  • 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində çalışıb;
  • 2001–2003-cü illərdə isə Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsinin ofisində iqtisadçı vəzifələrində çalışıb;
  • 2003–2005-ci illərdə Dünya Bankının Azərbaycandakı ölkə ofisində ölkə üzrə iqtisadçı olub;
  • 2005–2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərib ( 2005–2007-ci illərdə burada Tədqiqatlar departamentinin, 2007–2008-ci illərdə Tədqiqatlar və statistika departamentinin direktoru, 2008–2010-cu illərdə isə Tədqiqatlar departamentinin direktoru və Mərkəzi Bankın baş iqtisadçısı işləmişdir. 2010–2013-cü illərdə Mərkəzi Bankda Tədqiqatlar və inkişaf mərkəzinin direktoru olmaqla bərabər, bankın baş direktoru);
  • 2013–2016-cı illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) Strategiya və inkişaf məsələləri üzrə, 2016-cı ilin yanvar–iyul aylarında isə Elmi məsələlər və strategiya üzrə prorektor vəzifəsində işləyib;
  • 2016-cı ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı əsasında yaradılmış İşçi qrupun üzvü təyin edilib;
  • Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016 tarixli Sərəncamı ilə Emin Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin edilib və 28 avqust 2018-ci ilədək bu vəzifədə işləyib;
  • 28 avqust 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilib;
  • 26 dekabr 2017-ci ildə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvü təyin edilib;
  • 9 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü təyin edilib;
  • 23 yanvar 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvü təyin edilib;
  • 30 mart 2021-ci ildə isəAzərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü təyin edilib;
  • 24 may 2021 – 1 dekabr 2021-ci illərdə Ağdam rayonununğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsində çalışıb;
  • 1 dekabr 2021-ci ildə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib;
  • 22 iyun 2019-cu ildə Emin Hüseynova inzibati vəzifələrin birinci təsnifatı üzrə 3-cü dərəcə verilib;
  • 18 iyun 2020-ci ildə isə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

 

 

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər