10 C
Baku
Thursday, November 28, 2024

Mikayıl Cabbarov

Qisa informasiya

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub.

1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib.

1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.

1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.

Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.

2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli Sərəncamı ilə İqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 05 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vergilər naziri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilb.

Ailəlidir, 2 övladı var.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər