Orxan Nəcəfov Azerconnect şirkətində 2018-ci ilin aprel ayından etibarən Maliyyə üzrə Baş Müdir vəzifəsində çalışır. Daha əvvəl o, Azerconnect şirkətində Maliyyə üzrə Baş Müdirin müavini kimi törəmə müəssisələr və sabit şəbəkə biznesinin maliyyə idarəsindən məsul olmuşdur. “EY London”-da korporativ maliyyə üzrə təcrübə qazanmış Orxan Nəcəfov bank, istehlak məhsulları sektoru və dövlət layihələrində də maliyyə sahəsində yüksək vəzifələrdə çalışmışdır.
Orxan Nəcəfov 2017-ci ildə “London Business School”-dan Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. Həmçinin, Azərbaycan Dövlət İqtisad Universiteti, DePauw Universiteti və Mərkəzi Avropa Universitetində Maliyyə və İqtisadiyyat ixtisasları üzrə təhsil almış, CFA proqramının hər 3 səviyyəsini tamamlamışdır.
Təhsil | İllər |
Stanford University Graduate School of Business (Stanford University Graduate School of Business) | 2019 |
London Business School (MBA) | 2015-2017 |
Central European University (Master Degree) | 2008-2010 |
DePauw University | 2006-2007 |
Azərbaycan Dövlət İqtisad Universiteti (Maliyyə kredit) | 2004-2008 |
İş təcrübəsi | İllər |
CFO (Azerconnect LLC) | 2017- indiyədək |
Transaction Advisory Services – Corporate Finance/M&A Team (EY London) | İyun 2016 – Avqust 2016 |
Financial Planning Manager (Baku 2015 European Games Operation Committee) | 2014-2015 |
Maliyyə Departamentinin direktor müavini (Kapital Bank) | 2012-2014 |
Maliyyə Departamentinin direktor müavini (Delta Group) | 2011-2012 |
Accounting manager (DəmirBank) | 2010-2011 |
Accountant (İBM) | 2009-2010 |
Analitik (DəmirBank) | 2007-2008 |