17 C
Baku
Cümə, May 20, 2022

Rövşən Nəcəf

Qisa informasiya

İqtisadiyyat nazirinin I müavini (24 dekabr 2021 tarixli Sərəncam ilə), iqtisadiyyat üzrə fəlsəfə doktoru, 3-cü dərəcəli dövlət müşaviri

  • 1982-ci ildə Bakıda anadan olub.

Təhsili:

  • Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalvr təhsili alıb (1997-2001);
  • Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb (2001-2003);
  • ARDNŞ-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib (2007-2008).

Əmək fəaliyyəti:

  • Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant (2001);
  • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi (2003-2007);
  • ARDNŞ-nın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi (2008-2009);
  • İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi (2009-2010);
  • “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru (2010-2018);
  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri (11 may 2018 tarixli Sərəncam ilə);
  • Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri (28 avqust 2019 tarixli Sərəncam ilə);
  • Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini (11 fevral 2020 tarixli Sərəncam ilə).

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər