Səməd Əlövsət oğlu Bəşirli – İqtisadiyyat nazirinin müavini
1976 – ci ildə anadan olub.
1994 – 1998-ci illərdə Türkiyənin Qazi Universitetinin iqtisadiyyat və idaretmə elmləri fakültəsində bakalavr təhsili alıb.
1998 – 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb.
2000 – 2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.
2007 – 2008-ci illərdə Böyük Britaniyanın Birmingem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib.
1999 – 2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye və iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb.
2016 – 2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu beynəlxalq təşkilatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərib.
2020 – 2022-ci illərdə İqtisadiyyat Naziriyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 iyul tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.