Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (24 dekabr 2021-ci il tarixli Sərəncam ilə)
1978-ci ildə anadan olub
Kiyev Dövlət Universitetində “Beynəlxalq hüquq” fakültəsində bakalavr dərəcəsi alıb (2000);
Kiyev Dövlət Universitetində “Beynəlxalq hüquq” fakültəsində magistr dərəcəsi alıb (2001);
Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə təhsil alıb (2008).
Əmək fəaliyyəti:
Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında Avropa İttifaqı TACIS layihəsində köməkçi (2001);
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə ekspert (2002);
Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində informasiya üzrə məsul şəxs (2003-2004);
İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində (2004-2007);
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri (2009 – 13 mart 2014);
Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini (13 mart 2014 tarixli Sərəncam ilə).