9 C
Baku
Sunday, November 17, 2024

Samir Nuriyev

Qisa informasiya

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Samir Rafiq oğlu Nuriyev 1975-ci il martın 9-da Bakı şəhərində anadan olub.

1981-1991-ci illərdə Bakı şəhərindəki 225 saylı orta məktəbdə təhsil alıb.

1996-cı ildə Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1996-2003-cü illərdə müxtəlif özəl şirkətlərdə çalışıb, həmçinin 2000-2001-ci illərdə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyində “Azərbaycanda kiçik və orta özəl müəssisələrin inkişafına yardım” layihəsi üzrə məsləhətçi olub.

2003-2005-ci illərdə Amerika Birləşmiş Ştatlarının Dyuk Universitetində (Duke University) təhsil alıb və beynəlxalq inkişaf siyasəti ixtisası üzrə magistr dərəcəsi alıb.

2006-cı ildən 2009-cu ilədək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində çalışıb, əvvəlcə Sahibkarlığın İnkişafı Departamentinin direktor müavini, direktoru, daha sonra isə nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən, 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-2016-cı illərdə isə həmin idarənin rəisi olub.

Dövlət başçısının müvafiq Sərəncamlarına əsasən, 2016-2018-ci illərdə Mənzil İnşaatı Dövlət Agentliyinə rəhbərlik edib.

2018-ci ildən 2019-cu ilin noyabrınadək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

Evlidir. Üç övladı var.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər