“Azərbaycan İnvestisiya Şirkəti”nin icraçı direktoru
Ülvi Eldar oğlu Mansurov 13 dekabr 1983-cü il Bakı şəhərində anadan olub. 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsində təhsil alıb. 2013-ci ildə Ü.Mansurov iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini alıb.2012–2015-ci illərdə Böyük Britaniyanın Uorvik Universitetində təhsil alaraq, MBA dərəcəsini əldə edib.
Ü. Mansurov əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Beynəlxalq Bankında başlayıb, 2012-ci ilədək Mərkəzi xəzinədarlıq, Maliyyə menecmenti, Daxili audit departamenti, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ildə “Bank Technique” İdarə Heyətinin sədri vəzifəsinə seçilib və bu vəzifədə 3 il çalışıb. O, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.
Ü.Mansurov 31 mart 2017-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə “Azərpoçt”un baş direktoru təyin olunub. “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də icraçı direktor vəzifəsinə təyin edilməmişdən əvvəl, Ü. Mansurov Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə nazirlikdə yeni yaranmış İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentində baş direktor qismində işləmişdir.