Tahir Məmmədov nazir müşaviri təyin edildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub.

Nazir Ramin Quluzadə Tahir Məmmədovu özünə yeni müşavir təyin edib.

Bununla da, nazirin müşavirlərinin sayı 3-ə çatıb.

Xatırladaq ki, T.Məmmədov indiyə qədər nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri olub.